Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İKZF-dən daxil olan məlumata əsasən, avqustun 12-də AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 12-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 773,07 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 773,07 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 773,07 manat olması nəzərə alınmalıdır.