Bu gün Amerikada açıqlanacaq inflyasiya göstəriciləri öncəsi investorların daha təmkinli davrandığı müşahidə olunur. Nəticədə dollar major valyutalar qarşısında üfüqi tendensiya sərgiləyir.
Qeyd edək ki, inflyasiyanın 9.1%-dən 8.7%-ə kimi azalacağı proqnozlaşdırılır. Təhlillərə əsasən 107 bənd səviyyəsindəki müqavimət həddini qırmaqda çətinlik çəkən dollar indeksində yüksəliş davam edərsə, EURUSD cütlüyü 1.00$, GBPUSD cütlüyü isə 1.19$-ə kimi ucuzlaşa bilər.
Artan geosiyasi risklər və qlobal iqtisadiyyatlarda yüksələn resessiya ehtimalları fonunda qızıla tələb artmaqda davam edir. Hazırda 1790$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1810$-a kimi bahalaşa biləcəyi ehtimal olunur.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.