Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.
Birjadan daxil olmuş məlumata görə, 2019-cu il yanvar-fevral ayları ərzində 1 milyard 851 milyon 691 min manatlıq dövriyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti 1-ci yeri tutub.
627 milyon 345 min manatlıq dövriyyə ilə "AzFinance İnvestisiya Şirkəti" 2-ci, 414 milyon 498 min manatlıq dövriyyə ilə "İnvest-Az İnvestisiya Şirkəti" 3-cü, 357 milyon 705 min manatlıq dövriyyə ilə "Xalq Kapital İnvestisiya Şirkəti" 4-cü, 340 milyon 296 min manatlıq dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" 5-ci, 28 milyon 812 min manatlıq dövriyyə ilə "PSG Kapital İnvestisiya Şirkəti" 6-cı, 11 milyon 448 min manatlıq dövriyyə ilə "BTB Kapital İnvestisiya Şirkəti" 7-ci yeri tutub.
Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.