Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.
Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, 2019-cu ilin yanvar-iyul ayları üzrə, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 5 milyard 401 milyon manatlıq dövriyyə ilə birinci olub.
İkinci yerdə 1 milyard 867 milyon manat dövriyyə ilə "AzFinance İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə 1 milyard 2017 milyon manat dövriyyə ilə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə isə 1 milyard 9 milyon manat dövriyyə ilə "İnvest-Az İnvestisiya Şirkəti" QSC olub.
BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi (2019-cu ilin yanvar-iyul ayları üzrə)