Bakı Fond Birjası (BFB) investisiya şirkətlərinin yanvar-aprel ayları üzrə dövriyyələrini açıqlayıb.
İnvestisiya şirkətlərinin dövriyyəsi açıqlandı - SİYAHI
FED.az birjaya istinadən xəbər verir ki, ötən il ölkənin aktiv investisiya şirkətlərindən olan CPM-İnvest İnvestisiya şirkətinin dövriyyəsi 3 dəfəyə yaxın azalıb.
Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında şirkətin dövriyyəsi 2 milyard 388 milyon manat olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,7 dəfə azalaraq 872 milyon manata düşüb.
Şirkətdə əməliyyatların sayı da azalıb - ötən ilin 4 ayında «CPM-İnvest»də 1493 əməliyyat aparılmışdısa, bu il həmin rəqəm 5045% azalaraq 821-ə enib.
Şirkətin dövriyyə həcminin azalması əsasən REPO əməliyyatları ilə bağlıdır. Ötən il şirkət 1,8 milyard manatlıq REPO əməliyyatı aparmışdısa, bu il həmin rəqəm təqribən 3 dəfə azalaraq 671 milyon manata enib.
Bundan başqa, «CPM-İnvest» İnvestisiya şirkətinin AMB-nin notları ilə apardığı əməliyyatlar 6 dəfə azalaraq 297 milyon manatdan 51 milyon manata büşüb. Dövlət istiqrazları ilə əməliyyatlar da 44% azalaraqn 280 milyon manatdan 120 milyon manata enib.
«CPM-İnvest»in səhmlərlə əməliyyatları da təqribən 40% azalaraq 2 milyon manatdan 1,2 milyon manata düşüb. Şirkətin yalnız korporativ istiqrazlarla olan əməliyyatlarında artım var – 3 dəfəlik artımdan sonra 11,4 milyon manat.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.