ABŞ-dan ÜDM, İngiltərədən əmək bazarı göstəriciləri fonunda birjalar.
“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Bazar iştirakçıları bu həftə üçüncü rüb üzrə iqtisadi artım və FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan əsas şəxsi istehlak xərcləri qiymət indeksini əhatə edən məlumatlardan ABŞ iqtisadiyyatının hazırki vəziyyəti ilə bağlı yeni ipuclar əldə edəcəklər.
İqtisadçılar üçüncü rübdə ümumi daxili məhsul artımının güclü istehlak xərcləri ilə bağlı illik 4.1% olacağını ehtimal edirlər.
Ərzaq və yanacaq xərcləri nəzərə alınmadan əsas şəxsi istehlak xərclərinin baza indeksinin 3.7% artacağı proqnozlaşdırılır.
FED sədri Cerom Pavel cümə axşamı bildirib ki, ABŞ iqtisadiyyatının gözləniləndən daha güclü olması daha sərt monetar siyasət tələb edə bilər, lakin faiz dərəcələri mərkəzi bankın hərəkətə keçməsinə ehtiyacı azalda bilər.
NEFT
Cümə günü “Həmas” qruplaşmasının Qəzzada iki ABŞ girovunu azad etməsi fonunda neft qiymətləri ucuzlaşdı və bu hal, İsrail-Fələstin böhranının Yaxın Şərq regionunun qalan hissəsini əhatə etmədən və neft tədarükünü pozmadan sakitləşə biləcəyinə dair ümidlərə səbəb oldu.
“Brent” markalı neft 0.2% ucuzlaşaraq 91.58 səviyyəsində ticarət olunur.
“WTI” markalı neftin noyabr fyuçerslərinin qiymətləri 0.7% azalaraq 88.75 dollar təşkil edib.
Nyu-Yorkda yerləşən “Again Capital”-ın səhmdarlarından biri olan Con Kilduf “Reuters” agentliyinə bildirib ki, bölgədə neft tədarükünü poza biləcək münaqişə qorxusu səbəbindən bazarın əsas fikri Yaxın Şərqdə olacaq.
XAUUSD
Qiymətli metala gəldikdə isə, ötən həftənin son günü qızılın (XAUUSD) bir unsiya üçün qiyməti 1979$-ı test etdikdən sonra, cari həftənin ilk günü 1964$-a kimi geriləyib. “Buğalar” qiyməti 1900$ həddinin üzərində saxladığı müddətdə, artım tendensiyası davam edə bilər.
Artım tendensiyasının əsas səbəbi investorların Yaxın Şərqdəki geosiyasi vəziyyətlə bağlı narahatlığı olub. Qızılın cari həftə ərzində 2000$ həddini test edəcəyi proqnoz edilir.
EUR
Cümə günü Avropa Mərkəzi Bankının növbəti toplantısı keçiriləcək və əsas proqnozlar faiz dərəcələrini sabit saxlanacağı yönündədir.
AMB son 10 toplantısının hər birində borclanma faizlərini cari rekord səviyyələrə qaldırdıqdan sonra, ekspertlər indiyə qədər monetar sərtləşdirmənin təsirini qiymətləndirdikdən sonra fasilə vermənin vaxtının gəldiyini bildirdilər.
Bazar iştirakçıları dekabr ayında bu il üçün mümkün son faiz dərəcəsi artımının mümkün ehtimalını dəyərləndirəcəklər.
Cümə axşamı toplantısından öncə çərşənbə axşamı Avrozonadan oktyabr ayı üçün PMI göstəriciləri açıqlayacaq. Son iqtisadi məlumatlar hələ də yüksək inflyasiya şəraitində istehlak xərcləri zəiflədiyi üçün blokun iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqları artırıb.
GBP
Bu həftə cərşənbə axşamı günü Böyük Britaniyadan açıqlanacaq işsizlik müavinəti üzrə ərizələrin sayındakı dəyişiklik və işsizlik səviyyəsinə dair önəmli statistik məlumatlar funtun avro və dollar qarşısında mövqeyinin möhkəmlənməsi ehtimallarını artırır.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.