(FED-in fazi qərarı və “NFP” öncəsi dollar)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Ötən həftə FED rəsmilərinin faiz artımlarının sürətini tezliklə yavaşlatmaq yönündəki açıqlamalarından sonra, bazar iştirakçılarının FED-in noyabr toplantısında faiz dərəcələrini 50 baza bəndi artırması proqnozlarını qiymətləndirməyə başlaması fonunda 109 bənd hədlərinə qədər geriləyən dollar indeksi ABŞ-da açıqlanan ÜDM göstəricilərindən sonra yenidən 110 bənd həddinin üzərinə qayıtdı. Lakin dolların dünya birjalarındakı gələcək qiymətini bu gün Avrozonada açıqlanacaq inflyasiya və ÜDM göstəriciləri, FED-in 2 noyabr tarixində keçiriləcək toplantısında veriləcək faiz qərarı və cümə günü Amerikada dərc olunacaq əmək bazarına dair rəqəmlər, xüsusilə də “NFP göstəricisi müəyyən edəcək.
GBP.
İngiltərə Mərkəzi Bankının cümə axşamı keçiriləcək toplantısında veriləcək faiz qərarı, həmçinin həm İngiltərədə həm də ABŞ-da dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri GBPUSD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.18$-a kimi bahalaşa bilər.
TRY.
Bu həftənin dördüncü ticarət günündə Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri USDTRY məzənnəsində qiymət dəyişikliklərinə ciddi təsir edə bilər. Son 1 ayda üfüqi tendensiya sərgiləyən USDTRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər.
GOLD.
Dollar indeksində müşahidə olunan toparlanma fonunda qızıl yenidən 1640$-a kimi ucuzlaşdı. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1680$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.