InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
FED-in faiz artımı sürətinin yüksələ biləcəyi proqnozları fonunda avro da təzyiq altındadır. Təhlillərə əsasən, EURUSD məzənnəsi 1.12$-a qayıda bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Almaniya və Avrozonada iqtisadi inkişaf proqnozlarını ölçən “ZEW” indeksi də investorların diqqət mərkəzindədir.
GBP.
GBPUSD məzənnəsi də İngiltərə Bankının faiz artımı qərarına baxmayaraq, dollar indeksinin yüksəlməsi ilə ucuzlaşmağa başlayıb və 1.34$-a kimi enə bilər.
Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da Böyük Britaniyadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər də böyük maraqla gözlənilməkdədir.
TRY.
USDTRY məzənnəsi cümə axşamı saat 15:00-da dərc ediləcək növbəti faiz qərarı öncəsi 13 – 14TL aralığında dalğalanmaqda davam edir. Təhlillərə əsasən, lirə 12 səviyyələrinə kimi dəyər qazana bilər.
OIL.
Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 97$-da müqavimətlə rastlaşmasına səbəb olur.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
İnflyasiyanın artması ilə qızıl qiyməti müqavimətləri qırsa da digər tərəfdən monetar siyasətlərin də sərtləşməsi, bahalaşma dalğasının qarşısını alır. Hazırda 1860$-ın (59.8 $/qram) altında ticarət edilən bir unsiya üzrə qiymət 1848$-ın (59.4 $/qram) qırılması ilə 1821$-a (58.6 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.