Çərşənbə günü Avrozona və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri öncəsi EUR/USD və GBP/USD məzənnələrində dəstək müşahidə olunsa da inflyasiyanın yüksəlməsi bu cütlüklər üzərində təzyiqləri bir qədər də artıra bilər.
Bundan başqa, bu gün İngiltərədən açıqlanacaq əmək bazarı, Avrozonada iqtisadi inkişaf səviyyəsi, Amerikada pərakəndə satış dövriyyəsinə dair statistik göstəricilər, həmçinin AMB sədri Kristin Laqardın və FED sədri Jeron Pavelin açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.
Mərkəzi bankların aqressiv monetar siyasət xəttini izləyəcəyi ehtimallarının artması və dolların möhkəmlənməsi fonunda qızıl fevralın əvvəlindən ən aşağı hədlərdə ticarət olunur.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.