30 noyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1000 manat olan AZ2006021029 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“International” BOKT illik 36%-lə kredit vermək üçün – İLLİK 18%-LƏ BORC ALIR
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən qiymət intervalı 1000 (18%) manat və 1001 (17.9820%) manat olan 2 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1000(18%) manat, orta ölçülmüş qiyməti isə 1000.0338 (17.9999%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 35 min manat, yerləşdirilmiş həcmi isə 1 milyon manat təşkil edib.
İstiqrazların illik faiz dərəcəsi 18% , faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir. İstiqrazların ödəmə tarixi 30.11.2028-ci ildir. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.