Bu gün, dekabrın 28-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadla xəbər verir ki, hərracda banklar tərəfindən dollara tələbat 120,9 mln. Dollar olub və tam təmin edilib. Hərracda dolların məzənnəsi dəyişməyib və 1,7 manat olaraq qalıb.
Qeyd edək ki, ilin sonuna yaxın hərracda dollara tələbat və satış həcmi artmaqdadır. Belə ki,
Dekabrın 23-də hərracda tələb 130,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Dekabrın 21-də hərracda tələb 102,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Dekabrın 16-da hərracda tələb 102,8 mln. ABŞ dolları təşkil edilib və tam təmin edilib.
Dekabrın 14-də hərracda tələb 80,0 mln. ABŞ dolları təşkil edilib və tam təmin edilib.
Dekabrın 9-da hərracda tələb 111,3 mln. ABŞ dolları təşkil edilib və tam təmin edilib.
Dekabrın 7-də hərracda tələb 99,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Dekabrın 2-də hərracda tələb 100,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.