Çərşənbə günü Avrozonada açıqlanan inflyasiyanın 8.1%-ə qədər artması nəticəsində investorların diqqətlərinin AMB-nin faiz artımı ehtimallarına yönəlməsi fonunda EUR/USD və GBP/USD cütlüklərində durğunluq müşahidə olunur.
Bank tərəfindən faiz artımına dair gələcək hər hansı siqnal bu cütlüklərdə ciddi dalğalanmalara səbəb ola bilər.
Dollar indeksində müşahidə olunan yüksəliş davam edərsə qızılın 1798 dollara kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.