Xəbər verildiyi kimi, Bakı Fond Birjası (BFB) 2022-ci ilin ilk 5 ayının nəticələrini açıqlayıb.
Eləcə də bax: Bakı Fond Birjası üzvlərinin dövriyyələrini açıqladı - SİYAHI
FED.az-ın məlumatına görə birja ötən illə müqayisəni açıqlamağı dayandırsa da, hazırki göstəricilərə əsasən birjadakı əsas trendləri izləmək mümkündür.
İlk 5 ayda birjanın ümumi dövriyyəsi (Dövlət QK, Korporativ QK və repo əməliyyatları) 7 milyard 416 milyon 755 min manat olub.
Bunun böyük hissəsi 6 milyard 975 milyon manatı və ya 94%-i Dövlət qiymətli kağızları və repo əməliyyatlarının (onların da 99,2%-i dövlət qurumlarının qiymətli kağızları ilə aparılıb) payına düşüb.
Özəl sektorun payı daha çox korporativ qiymətli kağızlar hissəsmindədir.Ötən 5 ayda burada ümumilikdə (yəni ilkin+təkrar bazar) 441 milyon manatlıq əməliyyat aparılıb. Onun da 204 milyon manatı ipoteka istiqazları ilə aparılıb – İpoteka və Kredit Zəmanəti Fondunun qiymətli kağızı.
Nəticədə
Başqa sözlə, ilk 5 ayda Bakı Fond Birjası üzrə ümumi dövriyyənin 7 milyard 156 milyon manatı və ya ümumi dövriyyənin 96,5%-i dövlət qiymətli kağızları hesabına təmin edilib.
BFB-nin məlumatına görə, ilk 5 ayda birjada 4183 əməliyyat, orta hesabla gündə 44-45 əməliyyat aparılıb. Birjada gündə orta hesabla 79 milyon manatlıq əməliyy at aparılıb.
Bir əməliyyata düşən məbləğ79 milyon manatdır. Bunun təqrilən 44 milyon manatı dövlət qiymətli kağızları ilə, 30,2 min manatı repo əməliyyatları, 4,7 milyon manat isə korporativ qiymətli kağızlarla aparılıb.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Bazarlar / Əməliyyatlar |
01.01.2022-31.05.2022 |
01.01.2022-31.05.2022 |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin orta günlük** həcmi (manatla) |
Əqdlərin orta günlük sayı |
|
1. Dövlət qiymətli kağızları |
4,135,147,511 |
912 |
43,990,931 |
9.70 |
1.1. İlkin bazar |
3,859,967,581 |
603 |
41,063,485 |
6.41 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) |
541,765,874 |
120 |
5,763,467 |
1.28 |
ARMB* qiymətli kağızları |
3,318,201,707 |
483 |
35,300,018 |
5.14 |
1.2. Təkrar bazar |
275,179,930 |
309 |
2,927,446 |
3.29 |
Dövlət istiqrazları |
262,128,561 |
299 |
2,788,602 |
3.18 |
ARMB qiymətli kağızları |
13,051,368 |
10 |
138,844 |
0.11 |
2. Korporativ qiymətli kağızlar |
441,136,514 |
1,901 |
4,692,942 |
20.22 |
2.1. İlkin bazar |
262,729,514 |
157 |
2,794,995 |
1.67 |
2.1.1. Səhmlər |
8,936,160 |
26 |
95,066 |
0.28 |
2.1.2. İstiqrazlar |
253,793,354 |
131 |
2,699,929 |
1.39 |
- İpoteka istiqrazları |
90,126,666 |
6 |
958,794 |
0.06 |
- Digər istiqrazlar |
163,666,688 |
125 |
1,741,135 |
1.33 |
2.2. Təkrar bazar |
178,407,000 |
1,744 |
1,897,947 |
18.55 |
2.2.1. Səhmlər |
1,867,175 |
1,406 |
19,864 |
14.96 |
2.2.2. İstiqrazlar |
176,539,824 |
338 |
1,878,083 |
3.60 |
- İpoteka istiqrazları |
104,202,060 |
8 |
1,108,533 |
0.09 |
- Digər istiqrazlar |
72,337,765 |
330 |
769,551 |
3.51 |
3. Repo əməliyyatları |
2,839,471,762 |
1,370 |
30,207,146 |
14.57 |
Dövlət istiqrazları üzrə |
1,672,306,044 |
1,050 |
17,790,490 |
11.17 |
ARMB qiymətli kağızları üzrə |
1,144,601,610 |
216 |
12,176,613 |
2.30 |
Korporativ qiymətli kağızlar üzrə |
22,564,107 |
104 |
240,044 |
1.11 |
Cəmi (1+2+3) |
7,415,755,786 |
4,183 |
78,891,019 |
44.50 |
- o cümlədən: ilkin bazar |
4,122,697,095 |
760 |
43,858,480 |
8.09 |
- o cümlədən: təkrar bazar |
453,586,929 |
2,053 |
4,825,393 |
21.84 |
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı –94 gün