Gümüş, ABŞ Federal Ehtiyatlar Sisteminin (Fed) faiz endiriminə getməsindən sonra cümə axşamı yeni bir rekord müəyyən edib.
FED.az xəbər verir ki, gümüşün unsiyasının qiyməti təxminən 4% artaraq 64,31 dollara qədər yüksəlib.
Beləliklə, metal aylıq müqayisədə təxminən 25%, ilin əvvəlindən bu yana isə 120%-ə yaxın dəyər qazanıb.
Gümüşün bahalaşmasının arxasında artan sənaye tələbi, azalan ehtiyatlar və metalın ABŞ-ın vacib minerallar siyahısına daxil edilməsi dayanır. (Marja)











