Əmtəə bazarlarında gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumunu yeniləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 2,42% artaraq 98,7 ABŞ dollarına bərabər olub.











