UBS Bankı gümüşün qiymət proqnozlarını yüksəldib.
FED.az xəbər verir ki, UBS strateqləri gümüşün yaxın perspektivdə qızılı üstələyəcəyini gözləyərək, gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıblar .
İsveçrə investisiya bankı gümüşün 2024-cü ilin sonuna qiymət hədəfini 20 faiz artıraraq 36 dollara, illik orta qiymət gözləntisini isə 14 faiz artıraraq 30,5 dollara çatdırıb.