Əmtəə bazarlarında gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 110 ABŞ dollarını keçərək yenidən tarixi maksimumunu yeniləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 8,57% artaraq 110,02 ABŞ dollarına bərabər olub.
Dünya bazarlarında qızılın da qiyməti tarixi maksimumlarını yeniləməyə davam edir. Belə ki, COMEX-də qızılın bir unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,33% artaraq 5 134,89 ABŞ dolları olub.











