12 iyun 2020-ci il saat 12.00-da idman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycanda daha bir şirkətin - SƏHMDARLARI TOPLAŞIR
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı, cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi, təşkilati məsələ (müşahidə şurası üzvlərinin tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi) və sair məsələlər daxildir.
Ümumi yıgıncağın gündəliyinin materialları ilə ta-nışlıq üçün 2020-ci il iyunun 1-dən sonra cəmiyyətin direk-toruna müraciət etmək olar.Səhmdarlar ümumi yığıncağa gələrkən şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmələri xahiş olunur.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir. Səhmdarların iştirakı vacibdir.
Telefon- 465-84-90.