Çərşənbə günü baş tutan toplantısında uçot dərəcələrini proqnozlara uyğun olaraq 0.75% artıran FED son 28 ilin ən sərt faiz artımını reallaşdırdı. Bu ehtimalı daha öncədən dəyərləndirən birja iştirakçıları bu qərara əks reaksiya versələr də, bank sədri Jerom Pavelin il sonuna qədər faiz dərəcələrini əlavə 1.75%-ə qədər artıracaqları yönündə verdiyi açqlamalar dolların güclənməsinə dəstək olmağa davam edə bilər.
Xəbər sırasında bir qədər yüksəlsələr də, hazırda EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşdığı müşahidə olunur. Bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı bu cütlüklərdə tendensiyanın hansı istiqamətda güclənəcəyinə ciddi təsir edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.