ABŞ-da iqtisadi yavaşlama əlamətlərinə baxmayaraq Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya ilə mübarizə üçün aqressiv faizləri artırmağa davam edəcəyinə dair ehtimalların yüksəlməsi dollara dəstək olur. Hazırda 108 bənd hədləri üzərində dalğlanan dollar indeksi mövqeyini qoruduqca, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası davam edə bilər.
Bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada açıqlanacaq infilyasiyaya dair rəqəmlər, eləcə də Almaniyada dərc olunacaq əmək bazarına dair statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Dollar indeksinin dəstək görməsi fonunda qızıl yenidən 1720$ hədlərinə kimi ucuzlaşdı. Hazırda 1725$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1720$ həddinin altına düşsə 1700$ və 1680$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.