Bazar iştirakçılarının son 10 gün ərzində FED-in 0.5%-lik faiz artımı reallaşdıracağı ehtimallarını qiymətləndirməsi fonunda təzyiq altında qalan dollar indeksində tendensiyanın davamına bugünki toplantıda veriləcək faiz qərarı aydınlıq gətirəcək. Əgər bazar ehtimalları öz təsdiqini tapsa, dollar indeksindəki geriləmə daha kəskin xarakter ala bilər. Bu səbəbdən də bu gün FED-in faiz qərarı və toplantı sonrası keçiriləcək mətbuat konfransında monetar siyasətin gələcək yol xəritəsi ilə bağlı veriləcək açıqlamalar invsetorların əsas diqqət mərkəzində olacaq.
Faiz qərarı öncəsi qızıl 1650$-a kimi bahalaşıb. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri bu həddin üzərində möhkəmlənə bilsə, 1667$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.