Çərşənbə axşamı açıqlanan statistik göstəricilərə əsasən FED-in inflyasiyanın göstəricisi kimi qiymətləndirdiyi Məşğulluq Xərcləri İndeksi ötən ilin son rübündə gözləniləndən 1% az artıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Əmək haqqı məlumatlarının investorların FED-in inflyasiya ilə mübarizə çərçivəsində aqressiv sərt monetar siyasətini yumşaldacağına dair ehtimallarını artırır.
Nəticədə EUR/USD məzənnəsi 1.0790, GBP/USD məznnəsi isə 1.2285 hədlərindən dəstək alaraq yenidən bahalaşmağa başlayıb.
Təhlillərə əsasən hazırda 101.70 bənd hədlərində qərarlaşan Dollar İndeksi 102 bənd səviyyəsini qıra bilməsə, yenidən geriləyə bilər. Bu da EURUSD və GBPUSD məzənnələrinin müvafiq olaraq 1.10$ və 1.25$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Lakin bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada dərc olunacaq inflyasiya göstəriciləri və saat 23:00-da açıqlanacaq FED-in faiz qərarı dünya birjalarında dolların qiymətlərində həlledici roll oynaya bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1935$ səviyyəsini qırsa, artım tendensiyası 1942$ və 1950$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.