Analitiklərin fikrincə cümə günü ABŞ-da qarışıq açıqlanan əmək bazarı göstəriciləri hesabatı may ayında qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayının artımının sürətləndiyini, lakin əmək haqqı artımlarının orta səviyyədə qaldığını göstərdi. Eyni zamanda işsizlik səviyyəsinin artması da əmək bazarında şəraitin zəifləməsi fikrini dəstəklədi.
Məhz bu göstəricilərdən sonra FED-in qarşıdakı iclasında faiz artımını dayandıracağına dair ehtimallar daha da güclənib. Bu, FED-in aqressiv antiinflyasiya siyasətini sərtləşdirməyə başlamasından bəri ilk fasilə ola bilər.
Makroiqtisadi məlumatlara gəldikdə isə həftənin ilk ticarət günü ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) may ayında 1.6 bənd azalaraq, proqnozların altında açıqlandı - 50.3 bənd.
Ölkədə fabrik sifarişləri aprel ayında ehtimal ediləndən daha az artıb - 0.4%.
Birjaların FED-in iyun toplantısında uçot dərəcələrini artırmayacağı ehtimalını qiymətləndirməsi fonunda dollar indeksinin yenidən 103.50 bənd səviyyəsinə geriləyib. Lakin, “buğalar” qiymətləri bu psixoloji baryerin üzərində saxlaya bilsələr, DXY yenidən yüksələ bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.