Dünya birjalarında EUR/USD məzənnəsinin "ECB" sədrinin son çıxışından sonra daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bundan sonra GBP/USD məzənnəsi də təzyiq altında qala bilər. FED-in faiz artımı ehtimallarının güclənməsi də dollara dəstək verməklə, avro və funt sterlinqin ucuzlaşması üçün də əsas səbəblər arasındadır.
Bununla yanaşı, Kristin Laqardın pandemiyanın və onunla əladədar tətbiq edilən məhdudiyyətlərin ilin əvvəlində iqtisadiyyata mənfi təsir etməkdə davam edəcəyini deməsi, əlvan metallar bazarlarında qızılın dəstək görməsinə səbəb olub. Foreks bazarlarında durğunluğun artması və siyasi risklərin artması da qızıla dəstək olur.
Enerji birjalarında isə neft artım dalğası fonunda korreksiya etməkdədir. Təhlillərə əsasən, bir barel qiymət 91.57$-ın üzərində qaldıqca, dəyər qazanmaqda davam edə bilər və növbəti önəmli müqavimət səviyyəsi də 97.20$-dır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.