Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyaların qlobal iqtisadiyyata təsirləri ilə bağlı narahatlıqlar dünya birjalarındakı dalğalanmalarda həlledici rol oynayır.
Bu gün həmçinin Bakı vaxtı ilə saat 11:00-da İngiltərədən açıqlanacaq əmək bazarına dair önəmli statistik göstəricilər və 19:15-də AMB sədri Kristin Laqartın açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.
FED-in faiz artımı ehtimalları fonunda qızılda ucuzlaşma müşahidə olunur. Hazırda 1941$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1925$-ın altına düşsə, eniş tendensiyası 1889$ və 1846$-a kimi davam edə bilər.
Neft qiymətləri Rusiya və Ukrayna arasında diplomatik irəliləyiş ümidi ilə ucuzlaşsa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Bu səbəbdən də satış yönlü əməliyyatların icrasında ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda 103$-dan təklif olunan Brent neftinin bir bareli üzrə dəyəri 100$-lıq psixoloji həddin altına düşsə, 97$ və 92$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.