Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar investorların diqqət mərkəzində qalsa da, neft qiymətlərindəki enişin davam etməsi və ABŞ-da istehsal qiymətləri indeksinin gözləniləndən az artması birjalarda bir qədər toparlanmağa dəstək olub.
Bu gün həmçinin Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyyaltlar Sisteminin toplantısı və faiz qərarı investorların diqqət mərkəzində olacaqdır.
FED-in faiz artımı ehtimalları fonunda qızılda ucuzlaşma davam edir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1916$-ın altında qalsa, eniş tendensiyası 1889$ və 1846$-a kimi davam edə bilər.
“OPEC” çərşənbə axşamı dərc olunan hesabatında 2022-ci ildə dünya neft tələbatının sutkada 4.2 milyon barel artımı ilə bağlı proqnozunu saxlayıb. Lakin geosiyasi risklər fonunda proqnoza yenidən baxıla bilər. Məhz bu səbəbdən neft qiymətlərindəki eniş tendensiyasının bir qədər səngidiyi müşahidə olunur. 100$-lıq psixoloji həddi qırmaqda çətinlik çəkən Brent neftinin bir bareli üzrə dəyəri bu həddin üzərində qaldıqca yenidən bahalaşma ehtimalları var. Artım tendensiyası sürətlənərsə, qiymətin 120$-a kimi yüksələcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.