Amerikanın əmək bazarına dair fundamental göstəricilərin yaxşı dərc edilməsindən sonra dollar indeksi yenidən dəstək görür. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində başlayan ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. USD/JPY də dəyər qazanmaqdadır.
Əmtəə birjalarında FED-in faiz artımı ehtimallarının güclənməsi fonunda qızıl müqavimətlə rastlaşsa da neft qiymətləri bahalaşmaqda davam edir.
Kriptovalyuta birjalarında da bitkoin dəyər qazanır və 47 min dollara kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.