28 iyun 2024-cü il tarixdə, saat 19:00-da Avro-Asiya İnşaat Korporasiyası «Evrascon» Açıq Səhmdar Cəmiyyətinin növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2023-cü il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;
2. Cəmiyyətin 2023-cü ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;
3. 2023-cü il üzrə dividendlərin hesablanması və ödənilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: AZ 1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 8 (Nərimanov heykəlinin arxası)