Cari ticarət həftəsinin əvvəlində, Amerikada dərc olunacaq ÜDM-in həcmi və əmək bazarına dair göstəricilər, xüsusilə “NFP” öncəsi dollar indeksində tədricən toparlanma müşahidə olunur. Nəticələr proqnozları üstələyərsə, dollar indeksində eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər. Təhlillərə əsasən dollar indeksində 108 bənd həddindəki müqavimət həddi qırılsa, EUR/USD və GBP/USD cütlüklərində trend enişə doğru dəyişə bilər.
Bu gün Almaniyada açıqlanacaq inflyasiya səviyyəsinə dair göstəricilər investorların diqqət mərkəzində olacaq.
Dollar indeksində müşahidə olunan toparlanma fonunda qızıl bir qədər ucuzlaşıb. Hazırda dünya birjalarında 1754$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1750$ həddinin üzərində qaldıqca, artım tendensiyasını 1780$-a kimi davam etdirə bilər.
Məlumat “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.