Çərşənbə axşamı Almaniya, Avrozona, İngiltərə və Amerikada dərc olunan həm sənaye, həm də xidmət sektorunda biznes aktivliyi indeksi göstəricilərindən sonra korrektiv olaraq geriləyən dollar indeksinin 108 bənd səviyyəsindən dəstək alaraq yenidən yüksəldiyi müşahidə olunur. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası davam edə bilər.
USD/JPY və USD/CHF cütlüklərində də dollar öz aktuallığını qoruyur.
Dollar indeksindəki korreksiya fonunda qızıl bir qədər bahalaşdı. Hazırda 1747$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1740$-ın altına düşsə, 1720$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.