Qlobal iqtisadiyyata, xüsusilə Amerika və Çində sənaye sektorlarına dair nikbinliyin artması, Avropada da ümidləri artırır. EUR/USD məzənnəsi Amerika sessiyasnda növbəti artım dalğasına başlayıb və 1.1240 üzərində qaldıqca, trendin davam edəcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsində də 1.33 dəstəyinin qorunduğu müşahidə edilir.
Ticarət dövriyyəsinin artması xəbərləri, enerji birjalarında tələbatın da artacağı ehtimallarını gücləndirir. Bu səbəbdəndir ki, Brent nefti 72$-da dəstək görür. Əlvan metallar bazarlarında da qızıl qiyməti 1782$-ın (57$/qram) üzərində dalğalanır.
Kriptovalyuta birjalarında isə Bitkoin 59400$ müqavimətini qırmağa çalışır. Bundan sonra növbəti önəmli müqavimət 63000$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.