İnflyasiya risklərinin yüksələn xətt üzrə inkişaf etməsi, 2022-ci ildə, eləcə də 2023-cü ilin ilk yarısında yüksək olacağına dair proqnozlar, həmçinin xüsusilə Avrozonada staqflyasiya potensialının artması fonunda birjalardakı çöküşlər davam edir.
Təhlillərə əsasən, EUR/USD, GBP/USD, bitkoin və qızıl hazırda qərarlaşdıqları dəstək səviyyələrinin altına düşsə, eniş tendensiyasının dərinləşəcəyi proqnozlaşdırılır.
USD/JPY cütlüyü isə son 19 ilin maksimumlarına doğru irəliləyir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.