Azərbaycanın vaxtilə məşhur siqaret istehsalçılarından olan “European Tobacco-Baku” ASC sürətlə kiçilir.
FED.az xəbər verir ki, şirkətin səhmdarları onun kapitalının kəskin azaldılması haqqında qərar qəbul ediblər.
Şirkətin açıqlamasına görə, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 nömrəli ünvanda yerləşən “European Tobacco-Baku” ASC-nin 2023-cü il sentyabrın 2-də keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilib.
Qərara əsasən ASC-nin nizamnamə kapitalı hər bir səhmin nominal dəyərinin azaldılması yolu ilə, 44 milyon 635 min 220 manatdan 200 dəfə azaldılaraq, 223 min 176 manata endirilib.
Qeyd edək ki, Mülki Məcəllənin 105.2. maddəsinə əsasən SC-nin nizamnamə kapital azaldılarkən səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı məlumat verməlidir.
Kreditorlar məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini, eyni zamanda çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.
Kreditorların yazılı tələbləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 nömrəli ünvanda qəbul olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.