Bakı Fond Birjası 2025-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayını açıqlayıb.
FED.az Bakı Fond Birjasının açıqladığı məlumatlar əsasında investisiya şirkətlərinin əməliyyat sayına görə reytinqini təqdim edir.
BFB-nin məlumatına görə əməliyyat sayı üzrə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkəti"ndədir - 17,242 əməliyyat. "PAŞA Kapital İnvestisiya Şirkəti"nin əməliyyat sayı 5,669 təşkil edib. "Unicapital İnvestisiya Şirkəti"ndə əməliyyat sayı 5,459 olub. Dördüncü yerdə 4,325 əməliyyat sayı ilə "Troni İnvestisiya Şirkəti" qərarlaşıb. "CPM-İnvest İnvestisiya Şirkəti" 1,832 əməliyyat sayı ilə beşinci, Assist Finance İnvestisiya Şirkəti ASC isə 1,272 əməliyyat sayı ilə altıncı olub.
Sonrakı yerlərdə Capital Partners İnvestisiya Şirkəti QSC (1,160 əməliyyat), İnvest-Az İnvestisiya Şirkəti QSC (1,066 əməliyyat) və İnno Kapital İnvestisiya Şirkəti ASC (912 əməliyyat) yer alıb. Əməliyyat sayı 200-dən az olan şirkətlər "Kalq Kapital İnvestisiya Şirkəti" QSC (112 əməliyyat), "CFI FINANCIAL İnvestisiya Şirkəti" QSC (84 əməliyyat) və MFX Trading İnvestisiya Şirkəti (53 əməliyyat) olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.