Bakı Fond Birjası bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayını həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.
Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 8 min 885 əməliyyat.
"Paşa Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 2 min 637 olub.
"Unicapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 2 249 ədəd təşkil edib.
4-cü yerdə 1 920 əməliyyat sayı ilə "Troni İnvestisiya Şirkəti" qərarlaşıb.
"Assist Finace İnvestisiya Şirkəti" 1 060 əməliyyat sayı ilə 5-ci olub.