23 enerji, metal və kənd təsərrüfatı məhsullarını izləyən Bloomberg Əmtəə İndeksi iyun ayındakı zirvəsindən (ən yüksək səviyyəsindən) 20 faiz aşağı düşüb.
FED.az xəbər verir ki, iqtisadiyyatlarda yaranacaq tənəzzülün tələbi azaldacağı ilə bağlı narahatlıqlar səbəbindən buğdadan neftə qədər bir çox əmtəə ucuzlaşır.
Əmtəələrun təklifi məhdud olaraq qalsa da, ucuzlaşma yüksək inflyasiya ilə mübarizə aparan istehlakçılara bir qədər rahatlıq verə bilər.
Əmtəə qiymətləri pandemiyanın ilk günlərindən artmağa başlamışdı. Kütləvi dövlət xərcləri və ultra aşağı faiz dərəcələri tələbi artırıb. Həmçinin pandemiya ilə əlaqədar olaraq istehsallar azalıb. Rusiyanın Ukraynaya hücumu da təklifin azalmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb olub.
Dolların bahalaşması da xammalın bahalaşmasına səbəb olub.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) son 40 ilin ən yüksək səviyyəsində olan inflyasiyanı cilovlamaq üçün faizlərini aqressiv şəkildə artırması və iqtisadiyyatın tənəzzülə girəcəyi qorxusu son günlər əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olur.
Analitiklər bildirir ki, bazarlar tənəzzüllə bağlı narahatlıqlara həddindən artıq reaksiya verir və əmtəə qiymətləri müharibədən əvvəlki səviyyələrə yaxınlaşır. Gözlənilir ki, Çin iqtisadiyyatı bərpa olunduqdan sonra tələb daha da güclənəcək. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.