Dünya birjalarında neftin qiyməti müxtəlif istuqamətlərdə dəyişib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,04% azalaraq 56,67 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 62,20 dollar olub.