Nyu-Yorkdakı COMEX Əmtəə Birjasında qızıl və gümüş qiymətlərində fərqli dinamika müşahidə olunub.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (30 Dekabr – 3 Yanvar, 2025)
FED.az xəbər verir ki,fevral ayı üzrə qızılın fyuçersləri 0,54% azalaraq hər troy unsiya üçün 2,654.7 dollara düşüb. Eyni zamanda, mart ayı üzrə gümüş fyuçerslərinin qiyməti 0,55% artaraq hər unsiya üçün 30.07 dollara çatıb.
Qızılın qiymətindəki azalma, əsasən, ABŞ dollarının güclənməsi və investorların digər maliyyə alətlərinə yönəlməsi ilə izah olunur. Gümüşün qiymətindəki artım isə sənaye tələbatının yüksəlməsi ilə bağlıdır. Analitiklər bu trendlərin qısamüddətli olduğunu və qlobal iqtisadi vəziyyətin qiymətlərə təsir göstərə biləcəyini vurğulayırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.