Birjalarda bəzi kənd təsərrüfatı məhsullarının qiyməti artıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 0,75 sent və ya 0,20% artaraq 379 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,03 sent olub. Bu son 1 ayda ən yüksək göstəricidir.
1 buşel buğdanın qiyməti dəyişməyərək 514,75 sent və ya 1 kiloqram buğdanın qiyməti 19,06 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,08 sent (0,10%) azalaraq 78,20 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,72 dollar olub.
Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 2,29 dollar (0,19%) artaraq 1 215,65 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Dünya bazarında qarığdalının qiyməti rekord həddə bahalaşıb
09:24
16 Noy 2018