Bakı Fond Birjası bu ilin yanvar ayı üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti"idir.
Məlumata görə investisiya şirkətinin dövriyəsi 6,8 milyard manata yaxınlaşıb.
"Paşa Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 3,9 milyard manatı keçib.
İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 1,1 milyard manata çatıb.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 386,3 manatı ötüb.
"Unicapital İnvestisiya Şirkəti"nin 282 manatdan yüksək olub.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 355,3 milyon manata manatı "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 89,9 milyon manata bərabər olub.
"PSG Kapital İnvestisiya Şirkəti"ndə də əməliyyatların həcmi 1,8 milyon manatdan yüksək olub.