10 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjadan FED.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Şərtlərə görə, Maliyyə Nazirliyi 3 illik istiqrazları illik 7,5% gəlirliklə yerləşdirmək istəyir. Bu – Mərkəzi Bankın uçot dərəcəsindən 1% artıqdır.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106022780 |
Emissiya həcmi |
15 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
11 may 2021-ci il, 9 noyabr 2021-ci il, 10 may 2022-ci il, 8 noyabr 2022-ci il, 9 may 2023-cü il, 7 noyabr 2023-cü il |
Faiz gəliri |
7.5 % |
Ödəmə tarixi |
07.11.2023 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.