2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 3 milyard 734 milyon 861 min maant cəlb edib.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az Bakı Fond Birjasına istnadən xəbər verir ki, dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyard 328 milyon 108 min manat və ya 55,2% artıb.
2022-ci ildə 2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu 2 milyard 406 milyon 753 min manat cəlb etmişdi.
2023-cü ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 10 milyard 406 milyon 847 min manat və ya təxminən 4 dəfə artaraq 13 milyard 947 milyon 991 min manat təşkil edib. 2022-ci ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 3 milyard 541 milyon 144 min manat olmuşdu. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.