27 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106016758 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.0044 AZN (11%) və 101.83 AZN (8.29%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.1166 AZN (8.57%), orta ölçülmüş qiyməti 101.2211 AZN (8.53%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 milyon 91 min manat,yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23.08.2022-ci il.
Hərrac iştirakçıları 28 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.