Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiyanı 3 dəfəyə yaxın artırıb.
FED.az xəbər verir ki, ARDNF-nin müxtəlif aktivlər üzrə bölgüsü açıqlanıb. Bu ilin 9 ayının nəticələrinə görə, ARDNF ən çox investisiyanı istiqrazlar və pul bazarı alətlərinə ediblər. Belə ki, fond investisiya portfelinin 69,6%-ni istiqrazlar və pul bazarı alətlərinə edib. Lakin bu sahəyə edilən investisiya ötən illə müqayisədə azdır. Belə ki, ötən ilin 9 ayında fond istiqrazlar və pul bazarı alətlərinə investisiya portfelinin 76,4%-ni ayırmışdı.
Eləcə də bax:Neft Fondu bəzi ölkələrə - İNVESTİSİYANI AZALDIB - SİYAHI
Həmçinin fond səhmlərə etdiyi investisiyanı da azaldıb. Belə ki, ötən ilin 9 ayının nəticələrinə görə, fond investisiya portfelinin 14%-ni sərmayə etdiyi halda bu ilin 9 ayında bu rəqəmləri 13,4%-dək azaldıb.
Lakin fond ötən ildən fərqli olaraq bu il daşınmaz əmlak və qızıla investisiyasını artırıb. Belə ki, ötən il daşınmaz əmlaka investisya portfelinin 5,3%-ni ayıran fond bu il bu rəqəmi 5,6%-ə çatdırıb. Qızıla olan investisyalar isə ötən il 4,3% olduğu halda bu il 3 dəfəyə yaxın artaraq 11,4% çatıb.