Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mərkəzi ofisi Dubayda yerləşən özəl səhm fondundan pay alıb.
Neft Fondu İtaliyanın dəmir yolu şirkətində pay alıb - 34,5 milyon dollarlıq sərmayə
FED.az xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.
Məlumata görə, 2025-ci ilin ilk rübündə Fond “Azzurra Capital” şirkətinin idarə etdiyi “Azzurra Capital Fund I” özəl səhm fondunda 20 milyon avro həcmində iştirak payına sahib olub.
Qeyd edək ki, sözügedən özəl səhm fondu 2023-cü ildə yaradılıb və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Fondun portfelinin həcmi 652 milyon ABŞ dollarıdır və əsasən İtaliya olmaqla Avropada bir sıra aparıcı şirkətlərə investisiyaları nəzərdə tutur.
Xatırladaq ki, ARDNF səhm investisiyalarını şaxələndirməkdə davam edir. Fond bundan əvvəl, bu ilin fevral ayında İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru "İtalo"ya 34,5 milyon avro yatırım etdiyini açıqlamışdı. (Apa)