19 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060033 ISIN-li, 150 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.8479 (8.9245%) manat və 93.8317 (6.61%) manat olan 50 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3266 (7.1899%) manat, orta ölçülmüş qiyməti isə 93.4951 (6.9958%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 366 milyon 24 min 500 manat, yerləşdirilmiş həcmi isə 68 milyon 452 min 200 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 18.03.2025-ci ildir.
Hərrac iştirakçıları 27 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.