23 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 1092 gün (effektiv gün 1036) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.9302 manat (6.4273%), orta ölçülmüş qiyməti 97.7278 manat (6.1252%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105 milyon 609 min 100 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.
Hərrac iştirakçıları 24 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.