09 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106012757 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122 AZN (9.9000%) və 100.7774 AZN (8.7000%) olan 15 sifariş təqdim edilib.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799%), orta ölçülmüş qiyməti 100.3666 (8.8581%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 milyon 646 min 400 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 05.07.2022-ci il.
Hərrac iştirakçıları 10 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.