Mayın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində 2 illik (728 gün) müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) (AZ0201040117 ISIN-li) yerləşdirilməsi üzrə hərrac keçirilib.
SOCAR istiqrazı sahiblərinin qazancı - 6 MİLYON DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 86.4511 (14 %) manat və 98.5300 (6.7985%) manat olan 37 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 131 milyon manatdan artıq olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.0365 (7.07 %) manat, orta ölçülmüş qiyməti isə 98.2028 (6.9783%) manat müəyyən edilmişdir. Sifarişlərin ümumi məbləği 131 milyon manat olsa da, 45 milyon manatlıq istiqraz yerləşdirilib.
Hərrac iştirakçıları 3 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 29 aprel 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.