25 dekabr 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106020693 |
Emissiya həcmi |
30 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişlərinin tarixi |
25 iyun 2019-cu il, 24 dekabr 2019-cu il, 23 iyun 2020-ci il, 22 dekabr 2020-ci il, 22 iyun 2021-ci il, 21 dekabr 2021-ci il |
Faiz gəliri |
9 % |
Ödəmə tarixi |
21.12.2021 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.